AZ

Tramp Floridada prezident seçkilərində səs verib

ABŞ-də Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp prezident seçkilərində səs verib.

Bu barədə CNN televiziya şirkəti məlumat yayıb.

Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqələrindən birində şəxsən səs verib.

Səsvermədən sonra mətbuata açıqlama verən siyasətçi, seçkilərdə qalib gələcəyinə tam əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri keçirilir. Ağ Evin sabiq rəhbəri Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris bu vəzifə üçün mübarizə aparır.

"Cebheinfo.az"

Seçilən
63
8
cebheinfo.az

10Mənbələr