AZ

Kobaxidze: Müxalifətin uğur qazanmaq üçün resursları yoxdur

Gürcüstan müxalifətinin küçə etirazları ilə uğur qazanmaq üçün resursları yoxdur.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Küçə və seçkilərdə qalib gəlmək üçün eyni resurs lazımdır, bu da ictimai dəstəkdir. Bu seçkilərdə onlara vətəndaş dəstəyinin olmadığı açıq-aydın göründü. Əksinə, onların dəstəyi 4 il ərzində xeyli azalıb. Son seçkilər göstərdi ki, onların küçədə uğur əldə etmək üçün resursu sıfıra bərabərdir”, - Kobaxidze "Pos TV" kanalına müsahibəsində deyib.

Kobaxidzenin qeyd edib ki,müxalifət öz seçicilərini vədləri ilə aldadıb. İndi onlar vətəndaşlar qarşısında özlərinə haqq qazandırmaq istəyirlər.

Zaur, BakuPost
Seçilən
28
bakupost.az

1Mənbələr