AZ

MEK-də noyabr ayı üçün “Açıq qapı” günləri keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 1 və 4 noyabr tarixlərində yenidən qapılarını hər kəsə açıb.

 Budəfəki “Açıq qapı” günləri çərçivəsində azərbaycanlılarla yanaşı türkiyəli qonaqlar da kitabxana mühiti ilə yaxından tanış olublar. Qonaqlar kitabxananın fəaliyyəti, maddi-texniki bazası, ən müasir tələblərə cavab verən fondları haqqında məlumat əldə ediblər, Sərgi salonu, yardımçı fondlar, tanınmış alimlərin şəxsi kitab kolleksiyalarından ibarət Akademiklər kitabxanası, Akademiklər zalı, Diplomatik, Qarabağ müharibəsi qəhrəmanları, Nadir kitab fondları və buradakı guşələrlə bilavasitə tanış olublar.

 Mərkəzi Elmi Kitabxananın bu addımını yüksək qiymətləndirən qonaqlar təşəkkürlərini ifadə ediblər.

 Qeyd edək ki, MEK mütəmadi olaraq hər ayın ilk iki iş günündə “Açıq qapı günləri” təşkil edir.

 İctimaiyyətlə əlaqələr şöbəsi

[email protected]


Seçilən
36
azia.az

1Mənbələr