AZ

Budapeştdə TDT-nin qeyri-formal sammiti keçirilə bilər

Macarıstan Türk Dövlətləri Təşkilatının 2025-ci ildəki qeyri-formal sammitinə ev sahibliyi edə bilər.

Hurriyyet.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Prezident Sadır Japarov ölkədə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanla görüşdə bildirib.

O deyib ki, rəsmi Bişkek Budapeştin bu təşəbbüsünü dəstəkləyir:

“Biz Budapeştdəki qeyri-formal sammitin məhz Qırğızıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə keçirilməsi təşəbbüsünə sevinirik. Öz növbəsində Qırğız Respublikası təşkilata rəhbərlik edən ölkə kimi bu zirvə görüşünün uğurla təşkili üçün mümkün olan bütün addımları atmağa hazırdır”.

Seçilən
20
8
hurriyyet.az

9Mənbələr