AZ

İnanılmaz: Netanyahu Baş Qərargah rəisini də yola salır


İsrailin Baş naziri Benyamin Netanyahu Yoav Qallantın müdafiə naziri vəzifəsindən azad edilməsindən sonra İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da vəzifədən azad etmək niyyətindədir.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Valla” (Walla) portalı baş nazirə yaxın mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Netanyahu az öncə müdafiə naziri Yoav Qallantı vəzifədən azad edib və onun yerinə XİN başçısı israil Katzı təyin edib. XİN başçısı vəzifəsi isə portfelsiz nazir Gideon Saara təklif edilib.

Ölkə müxalifəti müharibə getdiyi vaxtda müdafiə nazirinin dəyişdirilməsini normal saymayıb və tərəfdarlarını aksiyaya çağırıb. Hazırda İsraildə müxalif fəalların aksiyası keçirilir.


Seçilən
10
1
news24.az

2Mənbələr