Azərbaycanın əməkdar məşqçisi, sabiq voleybolçu Yaqub Rəsulov vəfat edib.
Axar.az Report-a istinadən xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən sonra ölüb.
Mərhum sabah Masallı şəhər qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Y. Rəsulov 70 yaşında dünyasını dəyişib.