AZ

Tramp irəlidədir - YENİDƏN AĞ EVƏ QAYIDA BİLƏR

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, ABŞ-da Prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp 270 (52,1%), Demokrat Partiyasının namizədi Kamala Harris 179 seçici səsi (46,6%) yığıb.

ABŞ-da Kamala Harris və Donald Trampın rəqabət apardığı prezident seçkilərində 35 ştatda səslər hesablanıb. ABŞ mətbuatı Trampın qalib gəlmə şansını 84 faiz elan etməyə başlayıblar.

Bütün dünya 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Kamala Harris və Donald Trampın nə qədər səs alacağı ilə maraqlanır.

XXX

Respublikaçı namizəd Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlmək üçün lazım olan 270 seçici səsinin yarıdan çoxunu toplayıb.

Bu proqnozla “Fox News” telekanalı çıxış edib.

Telekanalın hesablamalarına görə, sabiq dövlət başçısı 196, rəqibi demokrat Kamala Harris isə 112 seçici səsi toplayıb.

XXX

 

Seçilən
38
marja.az

1Mənbələr