AZ

TDT-yə üzv dövlətlərin Mərkəzi Banklar Şurası yaradılır

Türk Dövlətləri Təşkilatının (TDT) Bişkekdə keçirilən 11-ci sammiti çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (milli) Banklar Şurasının yaradılması haqqında” Memorandum imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, memorandumu Qırğızıstan Respublikası Milli Bankının sədri Melis Turğunbayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Respublikası Milli Bankının sədri Timur Suleymenov, Türkiyə Respublikası Mərkəzi Bankının sədri Fatih Karahan və Özbəkistan Respublikası Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.

Qeyd edilib ki, Şuranın yaradılması mərkəzi banklar arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı sahəsində təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələrin və tədqiqatların aparılmasına və s. xidmət edəcək.

Seçilən
50
7
iqtisadiyyat.az

8Mənbələr