Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris “peyğəmbərlik bölgəsi”ndə rəqibi Respublikaçı Donald Trampı üstələyib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) yazıb.
Nəşrin yazdığına görə, Quam adasında səsvermənin nəticələri prezident seçkilərində nəzərə alınmasa da, politoloqlar və sosioloqlar üçün mühüm rol oynayır.
Jurnalistlər 2004-cü ildən ABŞ-ın ixtiyarında olan adada səsvermənin nəticələrinin bütün prezidentlik yarışlarında qalibi düzgün proqnozlaşdırdığını vurğulayıblar.