ABŞ-da prezidentliyə namizəd Donald Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir.
Bu barədə aparıcı ABŞ mediasının, o cümlədən “Fox News” kanalı, “The New York Times”, “The Washington Post” və “Axios” portalının müvafiq təxminlərində bəhs edilir.
“Fox News”un məlumatına görə, Corciya ştatında bülletenlərin 90%-nin hesablanmasının nəticələrinə əsasən Tramp 51,11% səslə öndədir, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 48,19% səs toplayıb.
Şimali Karolinada Tramp 50,77%, Harris 48,12%, Pensilvaniyada Tramp 50,72%, Harris isə 48,34% səs toplayıb. Miçiqan, Viskonsin və Arizona ştatlarında da Tramp rəqibini qabaqlayıb. Qeyd edək ki, “tərəddüd edən” ştatlar seçkinin nəticəsinə təsir göstərir.