AZ

İsraildə ara qarışdı, insanlar küçələrə axışdı - Video

İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Gallantı işdən çıxarmasına etiraz etmək üçün küçələrə axışıb.

Paralel.az xəbər verir ki, Netanyahunun qərarına etiraz etmək üçün paytaxt Təl-Əvivin Ayalon küçəsində çoxlu insan toplaşmağa başlayıb.

Nümayişçilər Netanyahu hökuməti əleyhinə şüarlar səsləndirərək küçəni nəqliyyatın hərəkətinə bağlayıb və tonqal yandırıblar. Tel-Əvivdən başqa Qüds və bəzi digər şəhərlərdə insanlar etiraz əlaməti olaraq küçələrə çıxıb. 

İsrail müxalifəti Netanyahunun Gallantı istefaya göndərməsinə etiraz edib.

Mürtəza
Paralel.az

Seçilən
14
2
paralel.az

3Mənbələr