AZ

İordaniyada boykot hərəkatı qələbə elan etdi: “Carrefour” ölkədən çəkilir

Yazını böyüt
Yazını kiçilt

İordaniyadakı boykot hərəkatı “Carrefour”un qərarının "İordaniya xalqının qələbəsi" olduğunu bildirdi.

Hafta.az-ın yazdığına görə, “Carrefour”, Facebook hesabından verdiyi açıqlamada, İsrailin Qəzza zolağına hücumları başlayandan bəri boykotu dəstəkləyən müştərilərin onlardan alış-veriş etmədiyi üçün bazar ertəsi günündən etibarən İordaniyadakı bütün filiallarını bağlayacağını açıqlayıb.

“Carrefour Jordan” tərəfindən edilən açıqlamada, “4 noyabr 2024-cü il tarixindən etibarən “Carrefour Jordan” İordaniyadakı bütün fəaliyyətini dayandırıb və ölkədə fəaliyyətini davam etdirməyəcək. Müştərilərimizə göstərdikləri dəstəyə görə təşəkkür edirik və bu qərarın səbəb ola biləcəyi hər hansı narahatlığa görə üzr istəyirik".

Rəsmi bağlanma elanı yerli media orqanlarının İordaniyanın “Carrefour” şirkətinin bir ildən çox davam edən boykot kampaniyalarından yan keçmək üçün adını dəyişmək qərarına gəldiyini bildirməsindən sonra gəldi.

Seçilən
28
hafta.az

1Mənbələr