AZ

TDT üzv ölkələri üçün yaşıl maliyyə üzrə Türk Şurası yaradılıb

Bişkek. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri tərəfindən yaşılmaliyyə üzrə Türk Şurasının yaradılması ilə bağlı Memorandumimzalanıb.

Trend “Qırğız Fond Birjası”naistinadən xəbər verir ki, memorandum Türk Dövlətləri Təşkilatının11-ci zirvə görüşü çərçivəsində Bişkekdə imzalanıb.

Sənəd Qırğız Fond Birjasının müvəqqəti prezidenti Aida Çodulova,Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, "Astana"Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Renat Bekturov, ÖzbəkistanXİN rəhbəri Baxtiyor Saidov və Türkiyə XİN rəhbəri Hakan Fidantərəfindən imzalanıb.

Məlumatda bildirilib ki, Şuranın əsas məqsədi üzv ölkələrə yaşılvə davamlı maliyyələr və ESG (ekoloji, sosial və korporatividarəetmə) üzrə investisiyaların inkişafı ilə bağlı məsləhətlərinverilməsi olacaq. Xüsusilə, Şura aşağıdakı tədbirlərin həyatakeçirilməsinə dəstək göstərəcək:

- Yaşıl və davamlı maliyyələr üzrə strategiyaların və yaşıltaksonomiyaların hazırlanması;

- Lisenziyalaşdırılmış şirkətlər üçün ESG hesabatlılığı;

- ESG investisiyalarının cəlb edilməsi və davamlımaliyyələşmənin təşviqi;

- Davamlı maliyyə vasitəsilə həyata keçiriləcək layihələr üçünümumi portfelin yaradılması;

- ESG üzrə regional forumların keçirilməsi;

- Təlim sessiyalarının təşkil edilməsi;

- Yaşıl və davamlı maliyyələr və ESG investisiyalarının inkişafıüçün əlverişli şəraitin yaradılması ilə bağlı digər məsələlərinhəlli.

Qeyd olunub ki, memorandumu imzalayan tərəflər TDT üzvölkələrinin davamlı inkişafa, BMT-nin Dayanıqlı İnkişafMəqsədlərinə, Paris Sazişinin məqsədlərinə və karbon neytrallığınanail olmağa və istixana qazı tullantılarının azaldılmasına sadiqolduqlarını bildiriblər.

Eyni zamanda, tərəflər davamlı iqtisadiyyata investisiyalarıncəlb olunmasında vahid kompleks yanaşmanın formalaşdırılmasınınvacibliyi barədə razılığa gəliblər.

Seçilən
28
4
az.trend.az

5Mənbələr