1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Nağdalıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il müddətinə azadlıqdan məhrumetmə hökm dəyişdirilib, cəzası 2 ay azaldılıb.
İttihama görə, Rahib Nağdalıyev 12 nəfərə "Sədərək" Ticarət Mərkəzində meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib. O, həmin şəxslərə biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib. Rahib Nağdalıyev bu yolla zərərçəkmişlərdən 2020-2022-ci illərdə paytaxt ərazisində ümumilikdə 546 100 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.