AZ

KOBİA-nın sədri: Vahid rəqəmsal platforma və milli standartlar biznesləri istiqamətləndirəcək

Vahid rəqəmsal platforma və milli standartlar, Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinin biznes proseslərində necə tətbiq edilə biləcəyinə dair biznesləri istiqamətləndirəcək və onlara lazımi addımların atılmasında dəstək olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.

O qeyd edib ki, qəbul olunmuş milli ESG standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsaslanaraq hazırlanıb və bu başlıq altında qəbul edilmiş ilk təcrübələrdən biri sayılır.

"Beynəlxalq səviyyədə ESG elementlərini əhatə edən dayanıqlıq məsələləri ilə bağlı bir çox hesabatlıq tələbləri və formaları mövcuddur, lakin ESG prinsipinə həsr olunmuş ayrıca bir çərçivə sənədi indiyə qədər mövcud deyildi. ESG prinsiplərinin mühüm elementlərindən biri olan ətraf mühit məsələləri "yaşıl inkişaf" siyasətinin əsas istiqamətlərindəndir. Yaşıl Dünya Naminə Həmrəylik ilində və COP29 sammiti ərəfəsində bu standartların qəbul edilməsi, ESG üzrə vahid platformanın istifadəyə verilməsi dövlətin "yaşıl inkişaf" siyasətinə əlavə dəstək və töhfə vermək potensialına malikdir", - deyə o vurğulayıb.

O. Məmmədov həmçinin qeyd edib ki, bu resurslar bizneslərin rəyi və ehtiyacları əsasında hazırlanıb.

Seçilən
5
1
ikisahil.az

2Mənbələr