Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünü ölkənin 47-ci prezidenti adlandırıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Floridada brifinqdə danışıb.
O, bununla özünün seçkilərdə qalib gəldiyini bildirib.
“Bu, bizim ölkənin heç vaxt görmədiyi siyasi qələbədir. Ölkəmizə bərpa olmağa kömək edəcəyik. Ona yardım lazımdır. Sərhədlərimizlə olan problemi, digər geri qalan problemləri həll edəcəyik. Amerika bizə misli görünməmiş və güclü mandat verdi”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, hazırda səslərin hesablanması davam edir. Prezident postu uğrunda Demokratların nümayəndəsi Kamala Harrislə Respublikaçılar Partiyasının namizədi Donald Tramp mübarizə aparıb. “Fox News”un məlumatına görə, Tramp seçkilərdə qalib gəlmək üçün tələb olunan 270 seçici səsi həddini keçib və 277 səs toplayıb.