Dağıstanda mülki və hərbi obyektlərdə təhlükəsizlik rejimi gücləndirilib.
İnterpress.az xəbər verir ki, bunu Dağıstanda cari təhlükəsizlik məsələləri ilə bağlı keçirilən müşavirədə regionun rəhbəri Sergey Məlikov deyib.
Kaspiysk şəhərinə pilotsuz təyyarənin hücumundan sonra Dağıstanda mülki və hərbi obyektlərdə təhlükəsizlik rejimi gücləndirilib.
Bundan əvvəl Dağıstan rəhbəri Sergey Melikov Xəzər dənizi üzərində PUA-nın məhv edildiyini, bununla əlaqədar Mahaçqala hava limanının fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirmişdi.
Xuraman Etibarlı
İnterpress.az