AZ

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu yekunlaşır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsində 4-cü tura yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də 9 qarşılaşma baş tutacaq.

Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə görüşəcək. İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı olacaq.

İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda” ilə üz-üzə gələcək.

Almaniya nəhəngi “Bayern” də Portuqaliyanın “Benfika” kollektivini qəbul edəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna noyabrın 26-da start veriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
6 noyabr

21:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə)
21:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boys” (İsveçrə)
00:00. “Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya)
00:00. PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya)
00:00. “İnter” (İtaliya) – “Arsenal” (İngiltərə)
00:00. “Feyenoord” (Niderland) – “Zalsburq” (Avstriya)
00:00. “Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya)
00:00. “Sparta” (Praqa, Çexiya) – “Brest” (Fransa)
00:00. “Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya)

Seçilən
43
3
arena.az

10Mənbələr