AZ

Əliyar Ağayev yanlış qolu qeydə aldı, VAR düzəltdi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ötən axşam UEFA Çempionlar Liqasında “Bolonya” (İtaliya) - “Monako” (Fransa) oyununu idarə edib. 

Fanat.Az xəbər verir ki, həmyerlimiz görüş ərzində meydan sahiblərinin 3, qonaqların isə 2 futbolçusuna sarı vərəqə də göstərib. 

Ağayev matçın 19-cu dəqiqəsində diqqət mərkəzinə düşüb. O, "Monako"nun qayda pozuntusundan sonra vurduğu qolu qeydə alıb. Ancaq VAR-ın müdaxiləsindən sonra epizoda təkrar baxan FİFA referisi qərarını dəyişərək qolu ləğv edib.

"Monako"nun 1:0 hesablı qələbəsi ilə başa çatan matçda Əliyara Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olub.
 

Seçilən
23
fanat.az

1Mənbələr