Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
"Cebheinfo.az" xəbər verir ki, vətəndaşlar 146 – 0 – 11 nömrəsi ilə əlaqə yaratmaqla Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.