AZ

Komitə sədri “Yeni Müsavat” Media Qrupunu TƏBRİK ETDİ

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğluna məktub ünvanlayıb.

Musavat.com-un xəbərinə görə, “Yeni Müsavat”ın qarşıdan gələn 35 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:

“Hörmətli Rauf müəllim,

Sizi “Yeni Müsavat” qəzetinin ilk sayının gün üzü görməsinin 35-ci ildönümü ilə bağlı təbrik edir, Sizə, bütün “Yeni Müsavat”çılara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi torpaqlarımızın işğaldan qurtarılmasının, respublikamızın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsinin növbəti ildönümünün sevinci, qüruru içində keçirirsiniz.

“Yeni Müsavat” qəzetinin 35 yaşı həm də müstəqil və tolerant mətbuatın 35 yaşı deməkdir. Azərbaycanda siyasi partiya orqanı kimi yaranan çap mediasının çoxu öz siyasi mənsubluğunu tərk edə bilmədi. Toplumun bütünlüklə açılım etmək, necə deyərlər, “hər kəsin qəzeti” olmaq çox ağır, hətta, riskli işdir. Öz cizgisini qoruyaraq, bütün topluma açıq olmaq bir media orqanına, əsl milli media parametrləri qazandıraraq, ictimai faydalı düşüncələrin, fərqli görüşlərin yüksək mövqedən tirajlanmasında əvəzsiz rol oynayır. İllərdir bütün fərqli siyasi görüşlərin daşıyıcılarına tribuna verməsi “Yeni Müsavat”ın demokratikliyinin, əsl milli media orqanı olmasının dəyərli göstəricisidir.

İlk illər (1989-1991) gizli fəaliyyət göstərən “Yeni Müsavat”, bu gün eyniadlı qəzetlə yanaşı, öz tirajına görə qəzeti dəfələrlə üstələmiş, ayrıca, gündəlik 24 saat yayında olan internetə bağlı (online) xəbər portalı “musavat.com” daxil olmaqla, böyük bir media qrupu kimi fəaliyyət göstərir. Bir sözlə, “Yeni Müsavat” media qrupu, öz tirajına, əhatəsinə görə Azərbaycanın əsas media quruluşlarından biridir.

Siz vətəndaş cəmiyyəti institutlarının gördüyü işləri öz səhifələrinizdə davamlı şəkildə işıqlandırır, onlara media dəstəyi göstərirsiniz.

Sizi, Sizin şəxsinizdə bütün “Yeni Müsavat”çıları 35 illik yubileylə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi adından bir daha təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”!

fazil.jpg

Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr