AZ

Tokayevlə Makrondan İrəvan-Bakı bəyanatı 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin  Fransaya səfəri zamanı  prezident Emmanuel Makronla imzaladığı  birgə bəyannamədə  Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasına tam dəstək ifadə olunub. 

Ölkə.Az xəbər verir ki, bu barədə Yelisey sarayının rəsmi saytı məlumat yayıb .

“Prezidentlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq, hər iki dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşaraq, regionda ədalətli və sabit sülhün bərqərar olmasına imkan verəcək sazişin tezliklə imzalanmasına tam dəstəyini ifadə ediblər”, - məlumatda bildirilir.

Prezidentlərin birgə bəyannaməsində tərəflər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün Cənubi Qafqazda sabitliyin vacibliyini də vurğulayıblar.

Qeyd edək ki, Qazaxıstan prezidenti  Kasım-Jomart Tokayev prezident Emmanuel Makronun dəvəti ilə 4-5 noyabr 2024-cü il tarixdə ın 4-dən 5-dək Fransada dövlət səfərində olub.

Mürtəza
Ölkə.Az

Seçilən
37
olke.az

1Mənbələr