AZ

Orqanik qida əldə etmək çox çətindir

"Ekoloji qida insan müdaxiləsi olmadan, kimyəvi maddə istifadə edilmədən əldə olunmuş ərzaqlardır".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, Yer kürəsində durmadan temperatur artır ki, bu, ətraf mühitə atılan karbon mənşəli qazlar səbəbi ilə olur.

E.Məmmədov qeyd edib ki, hər 100 qr heyvan mənşəli qida əldə etmək üçün ətraf mühitə 35 qr karbon qazı atılır.

"Orqanik qida əldə etmək çox çətindir. Bütün Yer kürəsində olan insanları orqanik qida ilə təmin etmək mümkün deyil".

Mina Mikayılova

Seçilən
8
bakivaxti.az

1Mənbələr