AZ

COP29 ekoloji və dayanıqlı qida sistemlərinin inkişafını dəstəkləməkdə mühüm rol oynayır - Səhiyyə Nazirliyi

Bakı. Trend:

“COP29-un Azərbaycanda keçirilməsi ölkəyə bir sıra əhəmiyyətliüstünlüklər təqdim edir. Bu tədbir Azərbaycanın beynəlxalq iqlimmüzakirələrindəki rolunu gücləndirərək, qlobal iqlim siyasətininformalaşmasında aktiv iştirak etməsinə imkan yaradır. COP29 qlobaliqlim və sağlamlıq təşəbbüslərinin bir hissəsi olaraq ekoloji vədayanıqlı qida sistemlərinin inkişafını dəstəkləməkdə mühüm roloynayır. Ekoloji kənd təsərrüfatına önəm verərək, COP29 kəndtəsərrüfatının ətraf mühitə təsirini azaltmağı hədəfləyir, çünki busahə istixana qazlarının emissiyası və biomüxtəlifliyin azalmasındaəhəmiyyətli paya sahibdir. Ekoloji təsərrüfat sintetik pestisidlərvə gübrələrdən imtina edərək daha sağlam torpaq yaradır, qidadəyəri yüksək məhsullar yetişdirir və suyun, havanın keyfiyyətiniqoruyur”.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramsəhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, bu yanaşma insanların sağlamlığına da faydaverir, çünki kimyəvi maddələrdən azad olan və daha çox vitamin,mineral və antioksidantlarla zəngin qidalar təklif edir:

“Ekoloji şəkildə yetişdirilən qidalar sağlamlığın uzunmüddətliqorunmasını dəstəkləyir, zərərli maddələrə məruz qalma riskiniazaldır və heyvanlarda antibiotikdən istifadəni minimuma endirərəkantibiotikə davamlılıq riskini azaldır. COP29-un ekoloji qidaistehsalına olan dəstəyi həm planetin, həm də insanlarınsağlamlığını qoruyan dayanıqlı qidalanmaya doğru bir addımdır.Ekoloji təmiz qidalar pestisidlər və süni gübrələrdən istifadəolunmadan yetişdirildiyi üçün bədəndə kimyəvi maddələrintoplanmasını azaldır. Bu, hormon balansını qorumaq və bədənin təbiiimmun sistemini gücləndirmək üçün vacibdir. Orqanik qidalar adətəndaha çox vitamin, mineral və antioksidant tərkibinə malikdir. Bumaddələr bədəndə sərbəst radikalların zərərini azaldır, yaşlanmaprosesini yavaşladır və xroniki xəstəliklərin qarşısını almağakömək edir”.

Mütəxəssis-ekspert bildirib ki, süni qatqılar vəkonservantlardan azad olan ekoloji qidalar bağırsaq mikroflorasınıqoruyur, həzm sisteminin funksiyasını yaxşılaşdırır və ümumisağlamlığı dəstəkləyir:

“Bu tərz sağlam qidalanma, qida dəyəri yüksək olan məhsullarlaorqanizmin ehtiyaclarını ödəməklə yanaşı, kimyəvi təsirlərdən azadsağlam bir qidalanma tərzi təklif edir. Bu yanaşma, uzunmüddətlisağlamlığı qorumaq üçün ideal hesab edilir”.

E.Məmmədov qeyd edib ki, orqanik kənd təsərrüfatının bir sıraekoloji faydaları olsa da, bu, adətən, eyni miqdarda qida istehsaletmək üçün daha çox torpaq tələb edir, çünki məhsuldarlığıaşağıdır. Bu isə bəzi hallarda artan meşə kəsilməsinə və ya torpaqistifadəsinə səbəb ola bilər.

Seçilən
26
3
az.trend.az

5Mənbələr