AZ

Toxluq hissini artırmaq sağlam qidalanma planının vacib hissəsidir - Emin Məmmədov

Bakı. Trend:

Toxluq hissini artırmaq, sağlam bir qidalanma planının vacibhissəsidir.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramsəhifəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, toxluq hissi yaradan qidalar, qidalanmazamanı daha az kalori qəbul etməyə kömək edir və çəki kontrolunaimkan verir:

“Lifli qidalar, həzm sistemində daha uzun müddət qalaraq toxluqhissini artırır. Tərəvəz, meyvə, tam taxıllar, paxlalılar (məsələn,noxud və lobya) lif baxımından zəngindir. Protein, toxluq hissiniartırmaqda effektivdir. Qırmızı ət, toyuq, balıq, yumurta, yoğurtvə süd məhsulları, həmçinin bitki mənşəli protein mənbələri(quinoa, tofu, badam) protein baxımından zəngindir”.

Mütəxəssis-ekspert bildirib ki, tam taxıllar ilə proteinbirləşmələri (məsələn, qəhvəyi düyü) daha uzun müddət toxluq hissiyaradır:

“Pomidor, xiyar, kələm və göyərti kimi su tərkibi yüksək olantərəvəzlər, həmçinin toxluq hissini artırmağa kömək edir, çünki subədənin doymasını təmin edir”.

Seçilən
23
az.trend.az

1Mənbələr