AZ

"Donald Tramp və Konqresin yeni tərkibi ilə bağlı Rusiyanın heç bir illüziyası yoxdur" - Rusiya XİN

Donald Tramp və Konqresin yeni tərkibi ilə bağlı Rusiyanın heç bir illüziyası yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-dakı seçkilərləbağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, Amerika elitası partiya mənsubiyyətindən asılı olmayaraq, anti-Rusiya xəttini tutur.

"Rusiya ABŞ-ın yeni administrasiyası ilə işləyəcək, milli maraqları qətiyyətlə müdafiə edəcək və diqqətini xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmağa yönəldəcək. Bizim şərtlərimiz dəyişməzdir və bu şərtlər Vaşinqtonda yaxşı məlumdur”,deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

O da vurğulanıb ki, Trampın ABŞ seçkilərində qələbəsi amerikalıların Baydenin hakimiyyətinin nəticələrindən və Demokrat Partiyasının proqramından narazılığını əks etdirir.

Seçilən
6
3
azpolitika.info

4Mənbələr