AZ

Santuş Kamran Ağayevdən imtina edib

Baş məşqçi Fernandu Santuş milli komandanın məşqçilər korpusunda yerlilərin olmasında maraqlı deyil. Portuqaliyalı mütəxəssis yalnız özü ilə gətirdiyi köməkçilərlə kifayətlənir.

Futbolinfo.az xəbər verir ki, Santuş Kamran Ağayevdən imtina edib. Qapıçılar üzrə məşqçi olan yığmamızın sabiq üzvü hazırlıq zamanı ofsaydda qalır. 70 yaşlı portuqaliyalı onu düşərgədə formal olaraq saxlayır, işi isə özü ilə gətirdiyi Fernando Justino görür. Ağayev bu durumdan məmnun olmasa da, maaşını tam aldığı üçün səsini çıxarmır.

Bu, Santuşun yerlilərə qarşı ilk belə güvənsizliyi deyil. Təyinatından həmən sonra uzun müddət millidə işləmiş Arif Əsədovla vidalaşan əcnəbi mütəxəssis indiyədək ona əvəzedici seçməyib.

Seçilən
34
futbolinfo.az

1Mənbələr