AZ

"Ermənistanda hamı bazarlıq edir"- Sergey Markov

 “Ermənistan üçün dinc addımlar mütləq lazımdır. Ermənistana Azərbaycanla sülh müqaviləsi lazımdır ki, Azərbaycan və Türkiyə tərəfdən blokada götürülsün, Ermənistan normal ticarət edə bilsin. Amma İrəvan ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra siyasətini elə qurur ki, Azərbaycan və Türkiyə ilə daim “bazarlıq” edir. Bu isə hakimiyyətdən asılı olmayaraq Ermənistan siyasətində ənənəvi olan, ölkəni və onun liderlərini məhv edən özünəinam və tamahkarlığın nəticəsidir”.

News365.az  xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. O xatırladıb ki, Ermənistan bu sahədə hər şeyini itirməmişdən əvvəl İrəvana Qarabağ problemini həll etmək təklif edilmişdi:

“Amma Ermənistanda hamı bazarlıq edirdi, bazarlıq edirdi. Və sonda hər şeylərini itirdilər. Bu, "Balıqçı və Balıq haqqında" nağılındakı kimi, özündən güclü olanlara münasibətdə daim bar qaldıran yaşlı qadın sonda heç nə ilə qalmadı. Ermənistan əvvəllər Rusiyanın ona kömək edəcəyini və Azərbaycanla döyüşəcəyini düşünürdü. Və bu günə qədər Ermənistanda öz uğursuzluğunda Moskvanı günahlandırırlar. Amma günahkar Moskva deyil, bu ancaq axmaqlıqdır. İndi də Ermənistanda Qərbin onlara kömək edəcəyinə inanırlar”.

News365.az

Seçilən
24
news365.az

1Mənbələr