“Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm”.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Elcanlı” verilişində deyib.
Toy qiymətləri ilə bağlı aparıcının suallarını cavablandıran sənətçi onun toy qiymətlərini qaldırması barədə söz-söhbətlərin yalan olduğunu deyib:
“Xeyr, toy qiymətlərimi qaldırmamışam. Qiymətə gəlincə, baxır, toya tək gedirəm, yaxud da ansamblla. Bunların da qiymətə təsiri var. Yarımsaatlıq rayon toylarına 4 min manata gedirəm”.