AZ

Azərbaycan onu Tacikistana təhvil verdi

Tacikistan vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Bu barədə Gundem.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.

Seçilən
25
22
gundem.az

10Mənbələr