AZ

Ədliyyə Nazirliyi qohum evliliyilə bağlı sənəd HAZIRLAYIR

2025-ci il iyulun 1-dən Azərbaycanda qohum evliliyinə qoyulan qadağa qüvvəyə minəcək. Qanunvericiliyin bu tələbilə bağlı işlər görülür?
 

Modern.az mövzuya cavab tapmaq üçün Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb.
 

Qurumdan bildirilib ki, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” ölkə başçısının 2024-cü il 23 iyul tarixli 153 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 425s nömrəli Sərəncamının icrası ilə bağlı müvafiq məsələləri tənzimləyən normaların normativ hüquqi aktlara əlavə edilməsini və normativ hüquqi aktların mövcud redaksiyasına dəyişiklik olunmasını özündə ehtiva edən Qərar layihəsi hazırlanıb.

Sənədin aidiyyəti qurumlarla razılaşdırılması yekunlaşdıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.

Seçilən
9
modern.az

1Mənbələr