AZ

Hakan Fidan Yorqos Gerapertritis ilə görüşəcək

 

Türkiyenin Xarici işlər naziri Hakan Fidan cümə günü həmkarı Yorqos Gerapertritis ilə görüşmək üçün Yunanıstanın paytaxtı Afina şəhərinə gedəcək. Görüşdə 2025-ci ilin əvvəlində Ankara şəhərində keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasına hazırlıqlar nəzərdən keçiriləcək. "Siyasi dialoq" və "Müsbət gündəm ortaq fəaliyyət planı" iclaslarının tarixlərinin də müəyyənləşdirilməsi gözlənilir.

Türk nazir və yunan həmkarı sonuncu dəfə 5 sentyabrda Ankara şəhərində bir araya gəlmişdilər.

Diplomatik mənbələr Türkiyənin Egey dənizindəki problemlərin bir-biri ilə əlaqəli olduğu və bütöv bir şəkildə həll edilməli olduğu mövqeyini davam etdirdiyinə diqqət çəkdi.

İki ölkə arasında münasibətlərdəki mövcud müsbət dinamikanın Qərbi Trakiyadakı türk azlığının və Selanik, Rodos və İstanköydəki soydaşların vəziyyətinə də əks olunması, həmçinin onlara qarşı hüquq pozuntularının sona çatması yönündə Türkiyənin gözləntiləri Yunanıstan tərəfinə çatdırılmağa davam edir.



Seçilən
13
trt.net.tr

1Mənbələr