AZ

Bir sıra DSK-ların tərkibi dəyişdi

Bəzi Dairə Seçki komissiyalarının (DSK) tərkibində dəyişiklik olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

5 saylı Babək-Naçıvan-Culfa saylı seçki dairəsinin həlledici səs hüquqlu üzvü vəfat edib. Onun yerinə Cahangir Seyidovun təyin edilməsi təklif edilib.

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinə həlledici səs hüquqlu üzv kimi Akif Abbasovun namizədliyi irəli sürülüb.

Eləcə də  Rövşən Vəliyevin 41 saylı, Cavid Binnətovun isə 83 saylı Dövlət Seçki Kommisyasına üzv seçilməsi təklif edilib.

Məsələ səsə qoyularaq qəbul edilib.

"Cebheinfo.az"

Seçilən
11
20
cebheinfo.az

10Mənbələr