AZ

Data analitika üzrə mütəxəssis/aparıcı mütəxəssis - VAKANSİYA

"ExpressBank" ASC, Reklam və marketinq şöbəsi, Data analitika üzrə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Məlumatları analitik vasitələrdən istifadə edərək əldə etmək, analiz etmək və vizuallaşdırmaq;
  • Məhsul və xidmət portfelinin təkmilləşdirilməsi üçün data analitika əsasında proqnoz və təkliflər vermək;
  • Kampaniya nəticələrinin izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların hazırlanması;
  • Bankın biznes yönümlü departamentləri ilə birgə fəaliyyət göstərmək;
  • Analitik nəticələri qeyri-texniki dildə təqdim etmək.

Tələblər:

  • Əlaqəli sahə üzrə ali təhsil (İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və ya digər);
  • Data analitika, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
  • Data analitika üzrə minimum 1 il təcrübə;
  • Vizuallaşdırma alətlərindən istifadə təcrübəsi (Tableau, QlikView, PowerBI);
  • Excel bilikləri;
  • SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;
  • Python və ya R kimi məlumatların təhlili və hesabatında geniş istifadə olunan proqramlaşdırma üzrə biliklər.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  
 

Zemfira Ms
Fins.az

Seçilən
53
50
fins.az

10Mənbələr