AZ

“Futbol atmosferi hiss olunmur” - soyuq Budedən isti xəbər

“Qarabağ” sabah Avropa Liqasının 4-cü turu çərçivəsində “Bude/Qlimt”in qonağı olacaq.

Bilindiyi kimi, “köhlən atlar” dünən Bakıdan yola çıxıb və artıq Norveçdədi. Bəs, matçın keçiriləcəyi Bude şəhərində durum necədi? Orda ağdamlılara qarşı münasibət hansı səviyyədədi?

Bu suallarla “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

Bude kiçik şəhərdi. Bura gəliş-gediş o qədər də asan deyil. Həm azarkeşlər, həm də media nümayəndələri baxımından. Ətrafı az da olsa, müşahidə etmək şansımız oldu. Futbol ab-havası yoxdu. Yağışlı hava şəraiti var. Qışa doğru gedən Norveç soyuğu hiss olunur. Axşam mətbuat konfransımız və açıq məşqimiz baş tutacaq. Ətraflı məlumatı həmin vaxt əldə edəcəyik. Amma indi futbol atmosferi hiss olunmur”.


KƏNAN BAHADIR
Seçilən
21
football-plus.az

1Mənbələr