AZ

Baş katib: NATO müharibənin trayektoriyasını dəyişməlidir

Baş

Rusiya ilə Şimali Koreya arasında hərbi və iqtisadi əlaqələrin dərinləşməsi təkcə Avro-Atlantik və Hind-Sakit okean təhlükəsizliyini təhdid etmir, həm də qlobal təhlükəsizliyi təhdid edir.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Politico”-dakı köşə yazısında qeyd edib.

Minlərlə Şimali Koreya hərbçisinin Kursk bölgəsinə yerləşdirilməsini şərh edən baş katib yazıb ki, Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyişdirmək üçün daha çox iş görülməlidir.

M. Rutte qeyd edib ki, Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri NATO üzvü olan ölkələr Ukraynaya bütün hərbi dəstəyin 99 faizindən çoxunu veriblər və bu il Ukraynaya 40 milyard avro hərbi yardım göstərməklə bağlı maliyyə öhdəliklərini yerinə yetirməkdədirlər.

"İndiyədək dəstəyimiz Ukraynaya mübarizəni davam etdirməyə kömək edib. Lakin münaqişənin trayektoriyasını dəyişmək üçün daha çox iş görməli, xərcləri artırmalıyıq”, - Rutte bildirib.

Baş katib əlavə edib ki, Hind-Sakit okean tərəfdaşları ilə əlaqələrə də daha çox investisiya qoyulmalıdır.

E. KAMAL
Seçilən
47
reyting.az

1Mənbələr