AZ

İctimai Şuranın seçkidən sonrakı İlk iclası: Sədr, müavin və katib seçildi

2024-cü il noyabrın 6-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın seçkilərdən sonra ilk iclası keçirilib.

İclasda təşkilati məsələlər müzakirə edilib və nəticədə Siruz Abasbəyli İctimai Şuranın sədri, Qalib Qurbanov və Fərhad Eyyubov sədrin müavinləri, Elnarə Məhərrəmova isə şuranın katibi seçiliblər.

İctimai Şura iclasda iş planını ətraflı müzakirə edib. Qaldırılan sual və təkliflər iclasın protokoluna daxil edilib və bəzi məsələlərin Nazirliyin rəhbərliyinə çatdırılması qərara alınıb.

Seçilən
47
2
ictimaishura.az

3Mənbələr