AZ

"Avrokuboklara vəsiqə qazansaq, yaxşı olar"

"Araz-Naxçıvan"Premyer Liqanın 3-cü turunun təxirə salınmış oyununda səfərdə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun düşündüyümüz kimi ağır alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Yolumuza davam edirik, qarşıdakı oyuna hazırlaşağıq. Komandama təşəkkür edirəm, uşaqlar yaxşı performans göstərdilər. Zədəli futbolçularımız bizə qoşulandan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik.

- Komandanız ikinci hissədə daha yaxşı oyun göstərdi. Planınız belə idi?

- Çalışırıq ki, heç bir rəqibə qarşı ikinci nömrə ilə oynamayaq. Bizim öz dəst-xəttimiz var. İkinci hissədə hücumda kreativliyi artırdıq.

- Qara Qarayevin performansını necə dəyərləndirirsiz?

- Sərəncamımda olan bütün futbolçulara güvənirəm, o cümlədən Qaraya da. Biz klub olaraq ona dəstək oluruq. Qara da bu dəstəyi qaytarmalıdır. O, böyük xaraktera sahib olan futbolçudur. Qara bu gün komandanın bir parçası idi. Getdikcə daha yaxşı olacaq.

- Bəxtiyar Həsənalızadənin durumu necədir?

- Mikro zədəsi var. Qarşıdakı günlərdə dəqiq biləcəyik.

- Avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiz?

- Çoxları bizi aşağı pillələrdə görürdü. Amma bu, komandanın maksimumu deyil. Qarşıdakı rəqibi düşünürük. Avrokuboklara vəsiqə qazansaq, yaxşı olar.

Seçilən
20
sportinfo.az

1Mənbələr