Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb. Manset.az Report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib. "Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib. "Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb. Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.