İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefonla danışıb.
Publika.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
O, Trampa ilk zəng edənlərdən biri olub. Söhbət 20 dəqiqəyə yaxın davam edib. Baş nazir Trampı seçkidə qələbəsi münasibətilə təbrik edib.
Bildirilib ki, telefon danışığı zamanı onlar İranla münaqişəni və İsrailin təhlükəsizliyini müzakirə edib.