AZ

“Hər xal uğrunda dəhşətli mübarizə gedir” – məhsuldarlıq niyə aşağıdı?

Misli premyer-liqasının 12-ci turunda qapılara cəmi 5 qol vurulub, yəni orta məhsuldarlıq bir topa bərabər olub.

İndi mövsümün sonu deyil ki, komandaların hədsiz ehtiyatlı oyununa haqq qazandırmaq mümkün ola. Görəsən, məhsuldarlıq niyə belə aşağıdı?

Bu sualı təcrübəli mütəxəssis, sabiq hücumçu Əfqan Talıbova ünvanladıq.

Onun “Football-plus.az”a cavabı:

“Onu deyə bilərəm ki, hər oyunda yaradılan qol vəziyyətlərinin sayı azdı. Premyer-liqada hər komanda müdafiəyə çox ciddi yanaşır, böyük qüvvə ilə müdafiə olunur. Çempionatda rəqabət artıb. Komandalar, demək olar ki, eyni səviyyədədi. Hamı bir-birini yaxşı tanıyır və təhlükəli vəziyyət yaratmağa imkan vermir. Futbolçuların müəyyən dərəcədə ustalıq səviyyəsi olmalıdı ki, ələ düşən epizodları dəyərləndirə bilsinlər. Bombardilər siyahısına diqqət yetirmişəm. Əfsuslar olsun ki, siyahıda yerli futbolçu yoxdu. Azərbaycan futbolunda illərboyu bomabrdirlər siyahısında yerli futbolçular olub. İndi isə legionerlərə üstünlük verilir və öz futbolçularımız yetişmir. Uzaqdan vurulan zərbələr, demək olar ki, yoxdu. Hər komanda “Qarabağ”ın hücum xəttinin gücünü nəzərə alaraq, keçilməz müdafiə qurur. Hər xal uğrunda dəhşətli mübarizə gedir. Hansısa fərdi ustalıqın və ya təsadüfün hesabına qollar vurulur. Bu da azarkeşlərə zövq vermir. Futbolun gözəlliyi qoldu”.

ƏSƏD SEYİDOV
Seçilən
25
football-plus.az

1Mənbələr