AZ

“Bunlar kimə tərbiyə verirlər, saqqalla efirə çıxarlar?” - Xalq şairi OD PÜSKÜRDÜ

“Bu gün radiolarda bir az qayda-qanunlar var, amma televiziyalar biabırçı vəziyyətdədir. Məsələ ondadır ki, bizdə bu sahəylə məşğul olan adamlar yerində deyil. Xarici siyasətimiz güclüdür, amma ideoloji fəaliyyətimiz zəifdir. Bizi uçuruma aparırlar, ancaq əxlaqımızı korlamaqla məşğuldurlar”.

Bunu Redaktor.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib.

Onun sözlərinə görə, bu sahədə özbaşınalıqlar var:

“İndi Mədəniyyət Nazirliyimiznin fəaliyyəti xoşuma gəlir, işləyir. Ancaq Azərbaycan televiziyalarının aparıcılarının bəzilərini çıxmaq şərti ilə qalanları elə bil ki, Keşiş məktəbinin müdavimləridir, hamısı saqqalıdır. Başa düşə bilmirəm bu nə deməkdir. Bunlar kimə tərbiyə verirlər, saqqalla efirə çıxarlar? Təəssüflər olsun ki, bizim dediyimizi də eşidən yoxdur. Biz qələbə çalmışıq, torpaqlarımızı işğaldan azad etdik, amma qələbənin kölgəsində ideologiyanı pozmaq olmaz”.

V.Əziz deyib ki, dövlət qurumlarının qaynar xəttinə düşmək olmur, onlar bilərəkdən vətəndaşlara süni problem yaradırlar:

“Bu isə vətəndaşı təhqirdir. Cənab Prezident özü dəfələrlə məmurlara deyib ki, vətəndaşı sayın. Məmur elə bilir ki, oturduğu kabinet dədəsindən miras qalıb və istədiyini edə bilər. Belə etmək olmaz, hər şeyin qaydası var. Əgər Vahid Əzizin sözünü eşitmirlərsə, başqasının sözünü necə eşitsinlər? Mən Azərbaycanın Xalq şairiyəm, Cənab Prezident şəxsiyyətimə hörmət edib mənə imzası olan vəsiqə və medal verib. Ona görə atdığımız hər bir addımda diqqətli olmalıyıq. Bəzən atdığımız addımlar öz əleyhimizə işləyir. Ona görə Avropada oturub əleyhimizə danışırlar, çünki bir çox hallarda özümüz onlara ipucu veririk”.

Xalq şairi Vətən müharibəsi haqda şair və yazıçılarımızın kifayət qədər əsərlər yazdığını deyib:

“Bir dəfə qəzetlərdən birinin jurnalisti mənə dedi ki, Vahid müəllim, deyilənə görə Azərbaycanın şair və yazıçıları Vətən müharibəsini, şəhid və qaziləri çox da işıqlandırmır. Dedim ki, onu deyən çox səhv edir. Bunu deyən özü neyləyib bəs? Vətən müharibəsiylə bağlı ayrıca şeirlər kitabım çapdan çıxıb. Vətənpərvərliklə bağlı kifayət qədər şeir və əsərlər var yığıb çap etsinlər və məktəblərə paylasınlar.  Bəs niyə bunu etmirlər?”.

 

Seçilən
14
1
turanpress.com

2Mənbələr