AZ

Harrisin məğlubiyyətində Bayden günahlandırılır

ABŞ Demokrat Partiyasının tərəfdarları dövlət başçısı postuna namizəd Kamalə Harrisin seçkilərdə məğlub olmasında ölkənin hazırkı prezidenti Co Baydeni günahlandırırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, Demokratların əsas şikayəti partiyanın Baydenin Respublikaçı namizəd Donald Trampla debatına qədər onun səhhəti barədə yalan danışmasıdır.

“Niyə Co Bayden bu qədər uzun zaman sonra namizədliyini geri çəkdi? O, sağlığı barədə məlumatl gizlətməməli və yarışı daha tez tərk etməməli idi”, - deyə Demokratik Partiyasının üzvü Amerikalı maliyyəçi və demokrat donor Bill Ackman agentliyə deyib.


Müəllif: Arzu
Seçilən
13
1
teleqraf.com

2Mənbələr