Gürcüstan hakimiyyəti ABŞ və Avropa Birliyi (AB) ilə münasibətləri bərpa etmək üçün əlindən gələni əsirgəməyəcək, lakin əsas məsələ Qərbdən qarşılıqlı addımların atılmasıdır.
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Qərb Gürcüstanın hazırkı hakimiyyətini demokratiyadan geri çəkilməkdə, anti-Qərb ritorikasında və konspirasiya nəzəriyyələrinin yayılmasında ittiham edir. Parlament seçkilərindən sonra tənqidlər daha da güclənib.
Baş nazir hesab edir ki, Gürcüstanla Qərb arasında münasibətlər Ukraynadakı münaqişə başa çatdıqdan sonra keyfiyyətcə və əhəmiyyətli dərəcədə bərpa olunacaq:
“Əminəm ki, münaqişə bitdikdən sonra Gürcüstanın hazırkı hakimiyyətinə qarşı təzyiqlər də azalacaq”. \\Ölkə.az