AZ

“Barselona”dan darmadağın - ÇL-də gecənin nəticələri

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə doqquz qarşılaşma baş tutub.

Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” klubunu qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı olub. 45+3-cü dəqiqədə meydan sahiblərindən Hakan Çalhanoğlunun dəqiq penalti vuruşu komandasına qələbə qazandırıb - 1:0.

İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda”nı 2:5 hesabı ilə məğlub edib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

6 noyabr

“Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:0

“Şaxtyor” (Ukrayna) – “Yanq Boys” (İsveçrə) 2:1

“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) 1:0

PSJ (Fransa) – “Atletiko” (İspaniya) 1:2

“İnter” (İtaliya) – “Arsenal” (İngiltərə) 1:0

“Feyenoord” (Niderland) – “Zaltsburq” (Avstriya) 1:3

“Srvena Zvezda” (Serbiya) – “Barselona” (İspaniya) 2:5

“Sparta” (Çexiya) – “Brest” (Fransa) 1:2

“Ştutqart” (Almaniya) – “Atalanta” (İtaliya) 0:2

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur noyabrın 26–da start götürəcək.

Seçilən
55
qafqazinfo.az

1Mənbələr