AZ

Kanadada "TikTok"un fəaliyyəti qadağan olunub - Kəşfiyyatla əlaqədar...

Kanadada "TikTok"un fəaliyyəti qadağan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kanada federal hökuməti qərar verib.

Kanadanın İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri Fransua Filip Şampan bildirib ki, Toronto və Vankuverdəki "TikTok"un ofisləri qapadılacaq: "Bu, milli təhlükəsizliklə bağlı məlumat və sübutlara əsaslanaraq qəul edilmiş qərar olub"

Nazir əlavə edib ki, "TikTok"dan istifadə şəxsi seçimdir: "Kanadalılar bundan sonra bu platformadan kefi istədiyi kimi deyil, şüurlu şəkildə istifadə etməlidir. Əgər buna ciddi ehtiyac duyarlarsa. Amvaq bütün hallarda valideynləri uşaqlarını burada uzaq tutmağa, eyni zamanda, tətbiqdən istifadə etməyi düşünənləri potensial risklərdən xəbərdar etməyi özümüzə borc bilirik".

Samir MUSAYEV
MİA.AZ

 

Seçilən
15
1
mia.az

2Mənbələr