AZ

Strelkovu buraxmadılar

Rusiya Federasiyasının Ali Məhkəməsi qondarma “dnr”-in keçmiş “müdafiə naziri”, Donbasdakı separatçıların sabiq lideri İqor Strelkovun (Qirkin) apellyasiya şikayətini rədd edib.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, məhkəmə bağlı qapılar arxasında keçirilib.

Strelkovun maraqlarını onun vəkili Aleksandr Moloxov təmsil edib. Strelkov özü məhkəmə iclasında iştirak etməyib.

Xatırladaq ki, bu ilin yanvarında Moskva Şəhər Məhkəməsi Strelkov barəsində hökm elan edib. Hakim İrina Vırışeva onu internetdə ekstremist fəaliyyətə açıq çağırışlarda (Cinayət Məcəlləsinin 280-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilib və 4 il müddətinə ümumi rejimli koloniyada cəzaya məhkum edib.

“AzPolitika.info”

Seçilən
27
azpolitika.info

1Mənbələr