İspaniyanın “Real” klubun futbolçusu Orelyen Tçumani ən azı 1 aylıq sıradan çıxıb.
Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi “Milan”la görüşdə zədələnib.
Çempionlar Liqasının 4-cü turunda keçirilən qarşılaşmada Tçumani fasilədə zədələnib. Bu gün keçirilən müayinədən sonra onun uzun müddət forma geyinə bilməyəcəyi bəlli olub.
Qeyd edək ki, 24 yaşlı orta xətt oyunçusu bu mövsümdə 15 matçda forma geyinib.