AZ

“Ginnesin Rekordlar Kitabı”na düşənlərə pul verilmirsə, onlar necə qazanırlar?

“Ginnesin rekordlar kitabı” insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuədir. Kitabda fiziki bacarıqlar, texnologiya və innovasiyalar, təbiət və heyvanlar, insanlara aid sosial hadisələr, mədəniyyət və incəsənət sahələrindəki rekordlar yer alır. Bəzi insanlar buna sadəcə maraq və əyləncə məqsədilə yaxınlaşır, öz bacarıqlarını sınayaraq qeyri-adi bir nəticə əldə etmək istəyirlər. Digərləri isə tanınmaq, daha geniş auditoriyaya özlərini təqdim etmək və populyarlıq qazanmaq, sponsorlardan dəstək almaq  məqsədi güdürlər.

Müasir dövrdə  “Ginnesin rekordlar kitabı” daha geniş bir auditoriya üçün maraqlı olub. Əvvəlcə əsasən fiziki bacarıqları və idmançılarla əlaqəli olan rekordlarla tanınan bu kitab, bu gün artıq daha geniş və müxtəlif qruplar üçün cəlbedicidir. Günümüzdə sosial media və internet üzərindən bir çox insan öz rekordlarını paylaşır və ya yeni rekordlar yaradır. Bu, kitabı yalnız idmançılar və mütəxəssislər üçün deyil, həm də internet fenomenləri, “YouTuber”lər, “Tik-Tok” istifadəçiləri və blogerlər üçün maraqlı edir.

Süni intellekt, robot texnologiyaları və beynəlxalq kosmik layihələr kimi sahələrdəki rekordlar bu sahələrin maraqlı tərəfdarlarını cəlb edir. İnsanların texnologiya ilə inteqrasiyasına dair yeniliklər artıq kitabın əsas mövzularından biridir. Qlobal miqyasda müxtəlif ölkələrdən və mədəniyyətlərdən insanlar bu rekordlara müraciət edirlər. İndiki dövrdə qeyri-adi və maraqlı rekordlar fərqli dil və coğrafiyalardakı insanların həyatına daxil olur.

Bu dəyişikliklər “Ginnesin rekordlar kitabı”nı daha çox maraqlı və əlçatan edir. Başqa bir tərəfdən, kitaba düşmək şəxsi brend yaratmaq və tanınmaq baxımından da əhəmiyyətli ola bilər. Qlobal şəbəkələrdə tanınmaq, kütləvi informasiya vasitələrində və sosial mediada yayımlanmaq şansı yaradır ki, bu da gələcəkdə iş və ya sponsorluq fürsətlərini artıra bilər.

“Ginnesin rekordlar kitabı” çox maraqlı və qeyri-adi rekordları özündə birləşdirir. Bəzi diqqət çəkən rekordlar bunlardır:

Ən uzun saçlar: Çinli Xie Qiuping, 2004-cü ildə dünyanın ən uzun saçlarına sahib oldu. Onun saçları 5.62 metr uzunluğunda idi.
Ən çox döymə edilmiş insan: Lucky Diamond Rich adlı avstraliyalı, bədəninin 100%-ni döymə ilə örtmüş və bununla da dünyanın ən çox döyməsi olan insanı olaraq qeyd olunub.

Ən böyük pizza: 2012-ci ildə İtaliyanın Roma şəhərində "Ottavia" adlı pizza, 1261.65 kvadratmetr ölçüsü ilə rekord qırdı.
Ən çox musiqi aləti çalan insan: Kerry Grombacher adlı şəxs bir anda 20-dən çox fərqli musiqi alətini ifa edərək qeydə alınıb.
Ən sürətli dirəyin bağlanması: 2013-cü ildə Ameer Swaid adlı insan, yalnız 1.6 saniyə ərzində 10 paket dilək bağladı, bu da dünya rekordudur.

Ən böyük balon: Normand St. Pierre adlı şəxs, 2016-cı ildə 57,6 metrlik balonu üfləyərək ən böyük balonu yaradıb.
Kitabda qeyd olunur ki, rekordçulara nailiyyətləri və ya rekord titul cəhdi üçün pul ödənilmir. Həmçinin rekord vurmağa cəhd edən hər kəs üçün heç bir xərcləri ödəyə, sponsorluq təklif edə və ya avadanlıq təmin edə bilmirlər. Yeni rekord titul təklif etmək üçün 5 funt sterlinq (və ya 5 dollar) administrasiya haqqı var.

“Ginnesin rekordlar kitabı” ilə sponsorluq edən təşkilatlar və şirkətlər olur. Sponsorlar adətən müxtəlif marketinq məqsədləri ilə bu cür tədbirlərə dəstək olurlar. Məsələn, böyük şirkətlər və brendlər, öz məhsullarını və xidmətlərini tanıtmaq üçün Ginnesin rekordları ilə əlaqəli müxtəlif kampaniyalar və tədbirlər təşkil edə bilirlər. Bu cür əməkdaşlıqlar, həmçinin sosial məsuliyyət və markaların imicini gücləndirmək üçün də istifadə edilir. Kitaba düşmək birbaşa maliyyə mükafatı gətirməsə də, maddi tərəf sponsorluq, reklam, televiziya verlişləri kimi müxtəlif yollarla qazanc gətirir.

Maya Hüseynova

Seçilən
67
valyuta.az

1Mənbələr