AZ

Kanadada "TikTok"un kommersiya fəaliyyəti qadağan edildi

Kanada “təhlükəsizlik risklərini” əsas gətirərək "TikTok"un ölkədə kommersiya fəaliyyətini qadağan edib.

"Cebheinfo.az" xəbər verir ki, Kanadanın innovasiya, elm və sənaye naziri Fransua-Filip Şampan Çin sosial media platforması "TikTok" ilə bağlı açıqlama verib.

Nazir Şampan "təhlükəsizlik risklərini" əsas gətirərək "TikTok"-un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.

Kanada vətəndaşlarının tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə biləcəyini ifadə edən Şampan, "Vətəndaşların kiber təhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələri vacibdir" deyib.

May ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault "TikTok" sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə etməməyə çağırıb.

Seçilən
7
7
cebheinfo.az

9Mənbələr